RU

Dünya çempionumuzda dopinq aşkarlandı - FOTO

Azərbaycanın MMA döyüşçüsü Nihad Quliyevin orqanizmində istifadəsi qadağan olunmuş meldonium preparatı tapılıb.

İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Test Agentliyi təcrübəli idmançını məlumatlandırıb.

Quliyev dopinq yoxlamasına 15 - 22 iyunda Braziliyanın San Paulu şəhərində keçirilmiş dünya çempionatının sonuncü günündə cəlb olunub. Həmin vaxt o, böyüklər arasında 74,9 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Hələlik MMA döyüşçüsünə dair qərar qəbul olunmayıb. Quliyev B probunun da açılmasını istəsə və bunun nəticəsində A probunun cavabı təsdiqlənsə, bu, antidopinq qaydalarının pozulması kimi təsdiqlənəcək. Hətta müəyyən zaman kəsiyində B probu tələb olunmasa belə, işə təsdiqlənmiş antidopinq qayda pozuntusu kimi baxılacaq.

İdmançı iyulun 31-dən qərar çıxarılanadək bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

İdman.biz

Избранный
27
1
idman.biz

2Источники