RU

Azərbaycan millisinin sabiq baş məşqçisi istefaya göndərildi

BAKI, 20 sentyabr. TELEQRAF

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Robert Prosineçki istefaya göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssisi bu postda onun köməkçisi Mirko Vuçiniç əvəzləyib.

41 yaşlı baş məşqçi ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, Robert Prosineçki 2024-cü ildən Monteneqro seçməsinə rəhbərlik edirdi. O, 2014-2017-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.

Избранный
52
2
teleqraf.com

3Источники