RU

Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə qaytarır

 

2023-cü ilin 19-20 sentyabr tarixlərində AzərbaycanOrdusu tərəfindən həyata keçirilən antiterror tədbirləri hərzaman dövlətçiliyimizi şərəfləndirən hadisə kimixatırlanacaq. Xalqımızın növbəti tarixi zəfərinə çevrilən buhərbi əməliyyat nəticəsində Azərbaycanın Qarabağbölgəsində kök salmış erməni separatizmi məhv edildi. 30 ildən artıq separatçıların nəzarətində olduğu bu doğmayurd yerimizdə dövlət suverenliyimiz tam bərpa olundu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bərqərar edildi.

Bu baxımdan 20 sentyabr Azərbaycan xalqı üçün əlahiddətarixlərdən biridir. Elə buna görə də cənab Prezident İlhamƏliyevin sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. Sərəncamda qeyd olunduğu kimi Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycan dövləti 2023-cü ilin 20 sentyabrında erməniseparatizmi ilə yanaşı, Ermənistana və torpaqlarımızda ikincierməni dövlətinin yaradılması xülyasını dəstəkləyən Fransayaqalib gəldi. Digər tərəfdən, Qarabağda erməni separatizminəson qoyulması və Azərbaycanın dövlət suverenliyinin bərpaedilməsi regionda sülhün təmin olunması üçün münbit zəminformalaşdırdı. Möhtərəm Prezidentimiz, Müzəffər Ali BaşKomandan İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi kimi eləbir reallıq yarandı ki, Ermənistanın sülh prosesindənyayınmaq, respublikamızın sülhlə bağlı şərtlərindən imtinaetmək imkanları əlindən alındı.

Odur ki, Azərbaycan xalqı sentyabrın 20-ni dövlətçiliyimizin və müstəqilliyimizin tarixində əlahiddə yeri olan gün kimi qarşılayır.  

20 sentyabr tarixi respublikamızda həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Çünki bu şəhərlər 2023-cü il sentyabrın 20-də, antiterrortədbirlərinin nəticəsində işğaldan və erməni separatizmininəsarətindən azad edildi.  Bu 4 şəhərin hər biri tarixiAzərbaycan yurdudur. Onların hər biri xalqımızın zəngintarixini yaşadan qədim irsə malikdir. 1988-ci ildən Qarabağdabaş qaldıran erməni separatçıları Xankəndi şəhərini özlərininməkr yuvalarına çevirmişdilər. Xocalıda isə ermənilər 1992-ciildə xalqımıza qarşı soyqırımı cinayəti törətmiş, 613 nəfərgünahsız azərbaycanlını qəddarlıqla qətlə yetirmişdilər. 

Azərbaycan xalqı hər zaman inanırdı ki, Prezident İlhamƏliyevin qətiyyətli siyasəti ilə digər şəhər və rayonlarımız kimiXankəndi, Xocalı, Xocavənd və Ağdərə də işğaldan azadolunacaq, bu şəhərlərdə də respublikamızın konstitusionhüquqları bərpa ediləcək. Bu inam heç vaxt xalqımızı tərketmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilinantiterror tədbirlərinin nəticəsi olaraq xalqımızın bu inamını dareallığa çevirdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərnin işğaldan azad olunması ilə hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün hərbçilərimizin vəermənilərin Xocalıda qətlə yetirdiyi dinc vətəndaşlarımızınqisası alındı.  

2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması böyük tarixi hadisələr kimi hərbirimizə sonsuz qürur və fəxarət hissi yaşatdı. 2023-cü ilnoyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfər paradındaçıxışında cənab Prezident İlham Əliyev bu barədə deyib: 

«Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundanəvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün».

2020-ci ilin payızından işğaldan azad edilmiş ərazilərimizdəbaşlayan bərpa və quruculuq işləri bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərini, o cümlədən Xocalı, Xocavənd və Ağdərə rayonlarının qəsəbə və kəndlərini dəəhatə edir. Artıq Xocalı şəhərinə, habelə Xocalı rayonununTəzəbinə, Ballıca, Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli kəndlərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Sos kəndinə keçmişməcburi köçkünlərin qayıdışı təmin edilib. Böyük Qayıdışınreallaşdığı bu şəhər və kəndlərin hər birində sakinlərin rahatyaşayışı üçün hər cür şərait yaradılıb.

Qarabağdakı bərpa və quruculuğun möhtəşəmünvanlarından biri də Xankəndi şəhəridir. Öncə onu qeyd edimki, bir vaxtlar Xankəndidə separatçı rejim tərəfindən inşa edilənvə şəhərin ümumi arxitekturasını pozan binaların hamısısökülüb. İndi Xankəndi tarixi görkəmini özünə qaytarır, Azərbaycan şəhəri kimi yenidən yüksəlir. 2023-cü ildə Zəfərparadının keçirildiyi Xankəndi bu gün mötəbər beynəlxalqsiyasi tədbirlərə, idman yarışlarına evsahibliyi edir. Ötən ildənfəaliyyət göstərən Qarabağ Uniyversiteti isə tələbələrin böyükhəvəslə üz tutduqları ali təhsil müəssisəsidir.

Xankəndidə Biznes Mərkəzinin, Konqres Mərkəzinin, “Bulud”,  “Qarabağ”, “Palace” hotellərinin, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyətə başlaması şəhərin sürətli yüksəlişini özündə əks etdirən quruculuq nümunələridir. 

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərininbərpası həm də Prezident İlham Əliyevin quruculuq əzminin, Azərbaycanın qüdrətinin nümayişidir. Bu əzmin və qüdrətin sayəsində sürətlə yenidən qurulan Qarabağ əzəli Azərbaycanyurdu kimi tarixi şöhrətini özünə qaytarır.

Xanlar Fətiyev

Milli Məclisin deputatı

Избранный
18
missiya.az

1Источники