RU

Qazi həmkəndlisini bıçaqlayıb öldürdü - Xaçmazda dəhşət

Xaçmazda qətl törədilib

"Unikal"ın məlumatına görə, Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

Belə ki, 32 yaşlı kənd sakini Emin Zakir oğlu Baxışov 37 yaşlı həmkəndlisi Kənan Əlövsət oğlu Cəbiyevi bıçaqlayıb. 

Ağır xəsarət alan Kənan Cəbiyev hadisə yerində ölüb.

Qeyd edək ki, həmkəndlisini öldürən Emin Baxışov Vətən Müharibəsi iştirakçısıdır.

Xaçmaz rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Asiman Qaraca

Избранный
15
unikal.az

1Источники