Almaniya yığmasının heyətində dünya çempionu olmuş Jerom Boatenq karyerasını başa vurub.
Moderator.az bildirir ki, bu barədə "Bavariya"nın keçmiş müdafiəçisinin özü sosial şəbəkə hesablarında məlumat verib.
"Ailə. Dostlar. Fanatlar. Vaxt gəldi" , - deyə 37 yaşlı futbolçu paylaşımında yazıb.
Qeyd edək ki, Boatenq Münhen təmsilçisinin heyətində 363 oyun keçirib və 25 titul qazanıb. Almaniya millisinin heyətində isə 76 matça çıxıb və 2014-cü ildə dünya çempionu adını qazanıb.