RU

Son danışığımızda bizə demişdi ki, özünüzdən muğayət olun - Şəhid Hüseynin anası - FOTO

Oğlum Hüseyn Novruzzadə 2004-cü il martın 16-sı Bakıda anadan olub. Orta təhsili 189-190 nömrəli məktəbdə tamamlayıb, daha sonra 2022-ci il aprelin 4-də ordu sıralarına qoşulub. İdmana hədsiz marağı olub. Özünü həmişə boks sahəsində görürdü. Bir neçə dəfə yarışlara qatılıb diplomlar, medallar qazanmışdı.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Antiterror əməliyyatlarında şəhid olan Hüseyn Novruzzadənin anası Münəvvər Novruzzadə bildirib.

O qeyd edib ki, oğlu əsgərlik xidmətini Qusarda rayonunda keçirdi.

"Ən sonuncu dəfə 2023-cü il sentyabrın 3-də görüşdük. Bakıya əsgərləri təlimə gətirmişdilər. Biz də oğlumla təlim ərazisində görüşdük. Demişdi ki, Qusardan başqa yerə aparacaqlar onları, lakin qəti bildirmişdi ki, atasına deməyək. Atası ona hədsiz bağlıydı, bu səbəbdən ona Hüseynin Şahdağda olduğunu bildirdik. Zənglə son danışığımız sentyabrın 17-si olub. Bizə deyirdi ki, özünüzdən müğayət olun. Hüseyn həmçinin "Qisas" əməliyyatlarında da iştirak etmişdi",- deyə şəhid anası bildirib.

  • Son
  • Son
  • Son
  • Son
Избранный
31
3
day.az

4Источники