RU

Azərbaycanın avtomobil idxalı 17% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 737 milyon 730,4 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu ötən ilin 8 ayı ilə müqayisədə255 milyon 488,35 min ABŞ dolları və yaxud 17,2 % çoxdur.8 ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 11,5 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Избранный
51
2
metbuat.az

5Источники