RU

ABŞ İsrailə 6 milyard dollarlıq silah satışı planlaşdırır

ABŞ administrasiyasının İsrailə təxminən 6 milyard dollar dəyərində silah satmağı planlaşdırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, Wall Street Journal-ın məlumatına görə, satış planına 30 Apache (AH-64) tipli helikopter və 3250 piyada hücum maşını daxildir.

30 Apaçi helikopterinin 3,8 milyard dollar dəyərində olduğu bildirilərkən, 3250 piyada maşınının 1,9 milyard dollar dəyərində olduğu bildirilir.

Sözügedən silahların təhvil verilməsinin ən tez 2-3 il çəkəcəyi və satışın ABŞ-ın xarici hərbi yardım proqramı çərçivəsində maliyyələşdiriləcəyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
turkustan.az

1Источники