RU

Antalya otellərindən turistlər təxliyə edilir

Türkiyənin Antalya bölgəsində yerləşən və turistlər arasında məşhur olan Belek kurort şəhərindəki mehmanxanalarda evakuasiya tədbirləri görülüb.

Publika.az xəbər verir ki, bu barədə "Antalya Hakkinda" saytında "X" paylaşım edib. Qeyd edilib ki, səlahiyyətlilərin belə kütləvi tədbirlər görməsinə səbəb mehmanxanaların yaxınlığında baş verən meşə yanğını olub.

Paylaşımda yazılıb: "Belekdə yanğın baş verib! Otellər boşaldılır".

Bundan öncə Belekdə çayın bir tərəfində başlayan yanğının güclü külək nəticəsində beşulduzlu otellərdən birinin ərazisinə keçməsi barədə məlumat yayılmışdı.

Избранный
67
publika.az

1Источники