RU

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

“Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) təfərrüatları Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar zamanı aydınlaşacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, sentyabrın 20-də jurnalistlərlə söhbətində bildirib.

“Bizim Azərbaycan tərəfi ilə də ümumi anlaşmalarımız var ki, bu da imzalanmış Vaşinqton Bəyannaməsində əksini tapıb və bu bəyannamədə blokadanın hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında, maneəsiz və qarşılıqlı fayda əsasında aradan qaldırılacağı bildirilir”, - deyə o bildirib.

Nə üçün Azərbaycandan fərqli olaraq sənəddə Ermənistanla bağlı bölmədə “maneəsiz giriş” ifadəsinin yer almadığını soruşduqda Mirzoyan belə cavab verib:

"Manesiz nə deməkdir? Onlarla konvensiya və beynəlxalq sənədlər var ki, Ermənistanın maneəsiz girişlə bağlı öhdəlikləri var. Həm də təkcə Azərbaycana münasibətdə deyil".

Mirzoyan müxalifətdən gələn tənqidlərə münasibət bildirərək, onlara qulaq asmamağı tövsiyə edib: “Biz yazılanları və dərc olunanları razılaşdırdıq, digər şifahi şərhlərin əhəmiyyəti yoxdur.

Biz həm sənədin paraflanması zamanı, həm də ondan əvvəl, martın ortalarında mətn razılaşdırılarkən bildirmişdik ki, istənilən vaxt imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırıq. İndi də hazırıq”.

Избранный
2
5
modern.az

6Источники