futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra “Formula 2″də sprint yarışı, ardınca “Formula 1″də sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
20 sentyabr
12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula 2”: Sprint yarışı
16:00. “Formula 1”: Sıralama turu
Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.