RU

Paşinyan II Qareginə müharibə elan etdi

BAKI, 20 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə müharibə elan edib, onu devirənədək dayanmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

“Baş verən son proseslər və hökumətdən gələn mesajlar göstərir ki, Erməni Apostol Kilsəsinə hücumlar daha da intensiv davam edəcək və buna hazır olmalıyıq. Məsələ burasındadır ki, Paşinyan kilsəyə və yüksək rütbəli ruhanilərə qarşı elan etdiyi müharibədə ən azı bu mərhələdə məqsədinə çatmadı. Onun qisas alacağı, bu məqsədlə yeni alətlər axtardığı bəllidir”, - erməni nəşri bildirib.

Qəzet qeyd edib ki, artıq Paşinyan II Qareginin ətrafından onu ifşa edə biləcək fiqurlar tapıb.

Qeyd edək ki, Ermənistan KİV bundan əvvəl Paşinyanın öz tərəfdarları ilə II Qareginin qərargahının yerləşdiyi Eçmiədzində izdihamlı mitinqə hazırlaşdığı barədə məlumat yaymışdı. Baş nazirin özü də katolikosun dərhal istefa verməli olduğunu açıqlayıb.

Избранный
80
37
teleqraf.com

10Источники