RU

Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb

Masallı rayonunda 33 yaşlı kişi əmisini baltalayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bədəlan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Babayev (ad və soyad şərtidir) sərxoş vəziyyətdə yaşadığı evə gələrkən, həyətlərində əmisi Raufu görüb. O, əmisi ilə mübahisə edib və onu evindən qovmaq istəyib. Əmisinin həyətdən çıxmadığını görən Elşən həyətdən baltanı götürərək ona hücum edib. Elşən əmisinə qolundan xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanılıb.

Избранный
15
9
demokrat.az

10Источники