RU

ABŞ hökuməti oktyabrın 1-dən fəaliyyətini dayandıra bilər

ABŞ Konqresindəki Respublikaçılar və Demokratlar hökumətin maliyyələşdirilməsini davam etdirən qanun layihəsi üzrə oktyabrın 1-dək razılığa gələ bilməsələr, federal hökumət öz fəaliyyətini dayandıra bilər.

 

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

 

"Biz demokratlarla danışıqlara davam edəcəyik. Lakin düşünürəm ki, ölkə bir müddət fəaliyyətini dayandıra bilər. Biz ordunun qayğısına qalacağıq, sosial təminatla məşğul olacağıq. İşlərin necə inkişaf edəcəyini və nə edəcəyimizi görəcəyik", Tramp deyib.

 

Hökumətin maliyyələşdirilməsinin davam etməsi üçün daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsi Senat tərəfindən də dəstəklənməlidir.

 

"Bizim 53 senatorumuz var. Bizə 60 səs lazımdır. Bu o deməkdir ki, Senatdakı demokratlar Respublikaçılar tərəfindən hazırlanmış qanun layihəsinin dəstəklənməsi üçün səs verməlidirlər. Və onların belə səs verəcəyini düşünmürəm", - Tramp əlavə edib.

 

APA

Tarix: 20 Sentyabr 2025, 08:25   
Избранный
10
5
pravda.az

6Источники