RU

Tramp narkotik ticarəti üçün istifadə edilən gəminin məhv edildiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp beynəlxalq sularda Amerika qüvvələri tərəfindən narkotik ticarəti üçün istifadə edildiyi iddia edilən gəminin məhv edildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Məlumata əsasən, gəmidə üç nəfər olub.

ABŞ prezidenti bildirib ki, onun əmri ilə Pentaqon ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasında narkotik qaçaqmalçılığı üçün istifadə olunan və terrorçu təşkilatlar siyahısına salınmış qurumla əlaqəli gəmiyə zərbələr endirilib.

Onun sözlərinə görə, "kəşfiyyat gəminin qanunsuz olaraq narkotik daşıdığını və amerikalıları zəhərləmək üçün məlum narkotik ticarəti marşrutu ilə getdiyini təsdiqləyib".

Избранный
22
1
ikisahil.az

2Источники