RU

UEFA "Kristal Pelas"ı azarkeşlərə görə cərimələyib

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Fredrikstad"la matçda azarkeşlərinin nümayiş etdirdiyi pankarta görə "Kristal Pelas"ı 10 min avro cərimələyib.

İdman.biz bu barədə "The Times"ə istinadən xəbər verir.

Məlumata görə, “qartallar" UEFA-nın ünvanına böhtan atmaq və idman tədbirinə uyğun olmayan mesaj yaymağa” görə cəzalandırılıb.

Vurğulanır ki, UEFA-nın qərarından sonra İngiltərə klubunun azarkeşlərinin stadiona gətirdiyi əşyalarla bağlı daha ciddi yoxlamalar aparıla bilər.

Keçən yay “Kristal Pelas” kluba sahiblik qaydalarını pozduğuna görə Avropa Liqasından Konfrans Liqasına göndərilib. Avropa Liqasında "qartalları" "Nottingem Forest" əvəzləyib.

İdman.biz

Məqalədə:
Избранный
15
1
idman.biz

2Источники