RU

Aİ Rusiyanın “Mir” ödəmə sisteminə qarşı sanksiyalar hazırlayır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskva, 20 sentyabr, AZƏRTAC

Avropa Komissiyası yeni məhdudiyyətlər, o cümlədən “Mir” ödəniş sisteminə qarşı tədbirlər və Rusiyanın süni intellekt texnologiyalarına və geoməlumatlara çıxışına məhdudiyyətlər barədə təkliflər təqdim edib.

AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 19-cu sanksiyalar paketinin bir sıra Rusiya və xarici banklarla əməliyyatlara qadağa, həmçinin “Qazprom Neft” və “Rosneft”lə əməliyyatlara tam qadağanı nəzərdə tutduğunu qeyd edib.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas vurğulayıb ki, paketə Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiyalar da daxildir. Bundan əlavə, kriptovalyuta sahəsində məhdudiyyətlər, Rusiyanın alternativ ödəniş sistemlərindən istifadə edən xarici banklara qarşı tədbirlər və xüsusi iqtisadi zonalardakı şirkətlərlə əməliyyatlara qadağa qoyulması təklif edilir.

Böyük Britaniya Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısında “Aeza Group” IT şirkəti və “HeliCo Group” helikopter şirkəti yer alıb. Qara siyahıya Rusiya neftini Batumi limanına çatdıran iki tanker də daxil edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
4
azertag.az

5Источники