RU

Ronaldo: Axmaqlar, futboldan başınız çıxmır, amma...

ain.az bildirir, Idman.biz portalına istinadən.

"Əl-Nəsr"ın hücumçusu və kapitan Kriştiano Ronaldo bloqçuların onun komanda yoldaşı Joao Felksi tənqid etdikləri videonun altına tənqidi şərh yazıb.

İdman.biz bildirir ki, müzakirələrdə iştirak edənlərdən biri Feliksin “Əl-Nəsr”ə transferini "biabırçılıq" adlandırıb.

"Axmaqlar, futboldan başınız çıxmır, amma fikir yürüdürsünüz", - Ronaldo videonun şərh bölməsində yazıb.

Portuqaliyalı Feliks Səudiyyə Ərəbistanı klubuna ötən yay "Çelsi"dən keçib. Hücumçu bu müddət ərzində bütün yarışlarda beş matçda meydana çıxıb, dörd qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 20 milyon avrodur.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
icma.az

2Источники