Vaşinqton, 20 sentyabr, AZƏRTAC
ABŞ Müdafiə Departamenti Prezident Donald Trampın əmrilə narkotik alveri ilə məşğul olan daha bir gəmiyə ölümcül zərbə endirib. AZƏRTAC-ın məlumatına görə, bu barədə Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. Beynəlxalq sularda həyata keçirilmiş zərbə nəticəsində gəmidə olan 3 nəfər öldürülüb. Hücum zamanı ABŞ qüvvələrinə zərər dəyməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton