RU

ABŞ Talibanla danışıqlar aparır – WSJ

Donald Tramp administrasiyası Əfqanıstandakı Baqram hava bazasında məhdud Amerika hərbi mövcudluğunu bərpa etmək üçün Talibanla danışıqlar aparır. Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal (WSJ) yayıb.

Qəzetin məlumatına görə, ABŞ hakimiyyəti bazadan antiterror əməliyyatları üçün dayaq məntəqəsi kimi istifadə etmək istəyir. Danışıqlar ilkin mərhələdədir və Amerika tərəfində ona prezidentin girovlarla bağlı xüsusi nümayəndəsi Adam Behler rəhbərlik edir.

Qeyd edək ki, dünən Böyük Britaniyada səfərdə olarkən Tramp bildirib ki, ABŞ hərbçilərinin Baqramdan çıxarılması yanlış addım olub.

 

Musavat.com

Избранный
13
3
musavat.com

4Источники