RU

Ərdoğan Trampla Ağ Ev görüşünün detallarını AÇIQLADI

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirəcəyi görüşün detalları barədə açıqlama verib.

Ərdoğan bildirib ki, görüşdə əsasən ticarət, investisiya və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Türkiyə lideri həmçinin qeyd edib:

“Prezident Tramp ilə edəcəyimiz görüşün, ortaq qlobal sülh vizyonumuz çərçivəsində, bölgəmizdəki müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcəyinə inanıram”.

Görüşün yaxın günlərdə Ağ Evdə baş tutması gözlənilir. 

 

Musavat.com

Избранный
37
musavat.com

1Источники