Qadınlar arasında marafon üzrə dünya çempionu adını qazanan Peres Cepçipçir evə ekonom-klassla uçmağa məcbur olub.
Publika.az xəbər verir ki, bu barədə MSN məlumat yayıb.
Sentyabrın 14-də Peres Tokioda keçirilən Dünya Çempionatında marafonda qızıl qazandı. Daha sonra o, uzun müddət evə – Keniyaya ekonom-klassda uçmalı olub. Keneiya Atletika Federasiyası yalnız ekonom-klass üçün büdcə ayırıb.
Bu məlumat Keniyada narazılıq fırtınasına səbəb olub. Keniya Atletika Federasiyası buna cavab olaraq Yaponiyada medal qazanan digər idmançıların evə biznes-klassda uçacaqlarına zəmanət verib.