Amerikalı hərbçilər Suriyada reyd zamanı İŞİD-in xarici əməliyyatlarının təşkilatçısı Ömər Əbdül Kadiri zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, Kadir ABŞ-a birbaşa təhlükə yaradırdı. O, İŞİD-in ABŞ-a hücum təşkil etmək istəyən yüksək rütbəli terrorçularından idi.