RU

"Əsrin Müqaviləsi"nin 31 ili tamam olur

Bakı. Trend:

Bu gün "Əsrin Müqaviləsi"nin imzalanmasından 31 il ötür.

Trend-in məlumatına görə, 20 sentyabr 1994-cüildə Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə“Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizindərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarınınişlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bumüqavilə 4 dildə tərtib edildi.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, BöyükBritaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı)13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl,Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirakedirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkətiilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.

“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçistrukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq ƏməliyyatŞirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlarhüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-dəAzərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətəbaşladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrinmüqaviləsi”ni ratifikasiya etdi.

Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrinmüqaviləsi”nin imzalanma mərasimində söylədiyi nitq genişmənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil,həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdəAzərbaycan dövlətinin başçısının niyyət və qərarlarınıinterpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanlarıifadə edilmişdir.

“Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyətisiyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmişilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin “Əsrin müqaviləsi”ninəhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə iləməhdudlaşmırdı. 1990-cı illərin əvvəlində Azərbaycan HeydərƏliyevin layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. Layihəonun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörənməsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. O illərdəAzərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisihüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zamankəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçünməsuliyyət daşımağa məhkum idi. Bu mənada “Əsrin müqaviləsi”ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyevsiyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləriəks etdirən dünyagörüşü aktına çevrildi.

“Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərinmiqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə böyük məbləğdə pulaxını yaranması ilə əlaqədar millət hərc-mərclikdən vəparçalanmaqdan xilas olmaq imkanı qazanırdı - Azərbaycan millətidəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməliidi. Bu vəzifələrin mahiyyəti səmərəli modernləşdirmə həyatakeçirməkdən ibarət idi, lakin bu zaman iki zəruri şərtə -müstəqilliyi qoruyub saxlamaq və millətin mənəvi-əxlaqi gücündənistifadə etmək şərtlərinə əməl olunmalı idi. “Əsrin müqaviləsi”məhz insanın təsərrüfatçılıq enerjisinin sərbəstləşməsi kimi başadüşülən bu cür modernləşmənin hərəkətverici qüvvəsinə çevrilməliidi. Lakin müvafiq proseslərə nəzarət edilməsi dövlətinsəlahiyyətində qalırdı. Beləliklə, əlamətdar “müqavilə” sözüuzunmüddətli əməliyyat mənası kəsb etdi.

“Əsrin müqaviləsi”nin reallaşdırılması indi, neçə illər keçəndənsonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğupotensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözləgörünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyükamallara can atmasından asılıdır.

Məqalədə:
Избранный
30
1
az.trend.az

1Источники