RU

Abşeron Rayon İcra Hakimiyyəti tədbirlərin təşkili üçün 247 min manatı bu şirkətə köçürdü

Abşeron Rayon İcra Hakimiyyəti tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə bağlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “Medical Media” MMC ilə bağlanmış müqavilənin ümumi dəyəri 247.782,3 AZN təşkil edir.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. “Medical Media” MMC-nin qanuni təmsilçisi isə Sədi Məmmədov Əbülfət oğludur.

Xatırladaq ki, hazırda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Избранный
34
1
nocomment.az

2Источники