RU

Tramp Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcək

ABŞ prezidenti Donald Tramp Ağ Evdə sentyabrın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Prezident və mən bir sıra ticarət və müdafiə sazişləri üzərində işləyirik, o cümlədən "Boeing" təyyarələrinin çox sayda alınması, böyük "F-16" sövdələşməsi və müsbət nəticələnəcəyini gözlədiyimiz F-35 danışıqlarının davamı üzərində işləyirik", - deyə ABŞ prezidenti bildirib.

D.Tramp Ərdoğanla münasibətlərin “çox yaxşı” olduğunu qeyd edib.
Избранный
17
1
sherg.az

2Источники