ABŞ Prezidenti Donald Trampın "Nyu-York Times" qəzetinə 15 milyard dollarlıq iddiası rədd edilib.
Publika.az xəbər verir ki, Florida ştatının dairə hakimi Stiven Merridey iddianı yenidən təqdim etmək imkanını isə saxlayıb.
Qərarda şikayətin 8-ci Qaydanın tələblərinə zidd olduğu və 28 gün ərzində dəyişiklik etmək icazəsi ilə rədd olunduğu bildirilib.