Vaşinqton, 19 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Ağ evdə amerikalı həmkarı Donald Trampla görüşəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Biz Prezidentlə bir çox ticarət və hərbi müqavilə, o cümlədən “Boeing” təyyarələrinin çox sayda alınması, böyük F-16 sövdələşməsi və müsbət nəticələnəcəyini gözlədiyimiz F-35 danışıqlarının davamı üzərində işləyirik. Prezident Ərdoğanla mənim hər zaman çox yaxşı münasibətimiz olub”,- deyə ABŞ Prezidenti bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton