Madrid “Real”ının yarımmüdafiəçisi Eduard Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, fransalı futbolçunun xidmətində “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl Yunayted” klubları maraqlıdır. Sözügedən klublar qış transfer pəncərəsi zamanı futbolçu transfer etmək niyyətindədir. Artıq futbolçunun agenti ilə də əlaqə saxlayıblar.
“Kral klubu” fransız futbolçunu 80 milyon avro qiymətləndirir. Bu barədə Caught Offside məlumat yayıb.
Hazırda Kamavinqanın “Real”ı tərk etmək istədiyi dəqiq bilinmir.
Ötən mövsümdə Kamavinqa bütün turnirlərdə 35 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Transfermarkt portalına əsasən, Kamavinqanın bazar dəyəri 60 milyon avrodur.