RU

Heç vaxt təxmin etməzsiniz: Tayvanda banandan necə istifadə edirlər...

Musavat.com xəbər verir ki, “Reuters” agentliyi Tayvanda fəaliyyət göstərən “Farm to Material” adlı şirkət barədə reportaj yayıb. Şirkət banan liflərindən tekstil istehsal edir.

Bu ideya hələ 2008-ci ildə, Avropanın ayaqqabı sənayesinin ekoloji material axtarışları dövründə yaranıb. Hazırda şirkətin rəhbəri Nelson Yanq kənd təsərrüfatı tullantılarını sənaye üçün yararlı materiala çevirir və bu layihənin böyük idman ayaqqabısı brendlərinin diqqətini cəlb edəcəyinə ümid edir.

Mütəxəssislərin sözlərinə görə, banan lifi bir çox göstəricilərinə görə pambıqdan üstündür: daha az su tələb edir, bazar qiymətlərinin dalğalanmalarından asılı deyil və yüksək hopdurma qabiliyyətinə malikdir. 

 

Musavat.com

1ea7bf43-6b0b-40c6-ae62-1338384942f9.jpeg

Избранный
38
musavat.com

1Источники