"Grammy" mükafatlı kantri musiqiçisi Brett Ceyms Şimali Karolinada təyyarə qəzasında həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, 57 yaşlı musiqiçi Neşvildəki "John C. Tune" hava limanından havaya qalxan təkmühərrikli "Cirrus SR22T" təyyarəsinin göyərtəsində olan üç sərnişindən biri olub. Təyyarə Şimali Karolina ştatının Franklin şəhərində "Iotla-Valley" ibtidai məktəbi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan hər üç nəfər həlak olub. Digər iki qurbanın şəxsiyyəti müəyyənləşdirilməyib.