RU

Sincan 32 ildir ki, Çinin ən böyük pambıq istehsalçısıdır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çinin Sincan-Uyğur Muxtar Rayonunda pambıq istehsalı 2024-cü ildə təxminən 5,69 milyon tona çatıb ki, bu da ölkənin ümumi məhsulunun 92,3 faizini təşkil edib. 

525.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Qeyd olunub ki, Sincan bununla da ardıcıl 32-ci ildir ki, ölkənin ən böyük pambıq istehsalçısı statusunu qoruyub saxlayır. Eyni zamanda, şumlama, əkin və məhsul yığımının mexanizasiyası 97 faizə çatıb.

“Milli strateji ehtiyaclara diqqət yetirərək və öz təbii ehtiyatlarından və sənaye potensialından, regionun unikal üstünlüklərindən yararlanaraq, SUMR müasir sənaye sistemi qurmaq üçün səyləri gücləndirib”, - məlumatda vurğulanıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
525.az

1Источники