RU

Özbəkistan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib

BAKI, 19 sentyabr. TELEQRAF

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev Özbəkistan Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində MPK prezidenti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toşmatov, sədrin müşaviri Mardonbek Davronov, həmçinin Özbəkistan Gözdən Əlillər İdmanı Federasiyasının sədri Otabek Erqaşev ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.

Избранный
12
5
teleqraf.com

6Источники