RU

Amerika senatorundan Ermənistana dəstək

ABŞ-ın Miçiqan ştatından seçilmiş senator Qeri Piters Ermənistan və erməni xalqına dəstəyini ifadə edib.

O, Ermənistanın suverenliyini qoruyacaq uzunmüddətli sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, senator Piters çıxışında iki il əvvəl Ermənistana səfər etdiyini xatırladıb və həmin dövrdə Azərbaycanın guya Dağlıq Qarabağa “haqsız hücumu” nəticəsində 100 mindən çox etnik erməninin evlərini tərk etməyə məcbur qaldığını bildirib.

Qeri Piters deyib:

“Bu gün mən uzunmüddətli sülh sazişi üzərində işimizdə erməni xalqını dəstəkləməyə davam edirəm. Bu saziş vurulan zərəri aradan qaldıracaq və Ermənistanın suverenliyini qoruyacaq”.

Senatorun sözlərinə görə, bölgədə davamlı sabitliyin təmin olunması üçün bütün tərəflər konstruktiv dialoq aparmalı və Ermənistanın müstəqilliyi hörmətlə qorunmalıdır. 

 

Musavat.com

Избранный
19
musavat.com

1Источники