Misli Premyer Liqasının V turunun açılış oyununda “İmişli” səfərdə “Karvan-Yevlax”la üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada qonaqlar inamlı qələbə qazanıblar – 3:0. Komandanın qollarını Dioqo Almeyda (12-ci dəqiqə), Edvin Banquera (15-ci dəqiqə) və Azər Salahlı (80-ci dəqiqə) vurublar.
Bu nəticədən sonra “İmişli”nin xalı 7-yə yüksəlib, “Karvan-Yevlax” isə 4 xalda qalıb.
Qeyd edək ki, turun növbəti oyunu saat 18:30-da “Zirə” ilə “Şamaxı” arasında keçiriləcək.