RU

AB-nin 8 ölkəsi hələ də Rusiya qazı alır

Avropa Birliyinə üzv olan bəzi ölkələr hələ də Rusiya qazı idxal edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Birliyinin enerji sözçüsü Anna-Kaysa İtkonen bildirib.

Onun sözlərinə görə, AB-də 8 ölkə - Belçika, Fransa, Yunanıstan, Macarıstan, Niderland, Portuqaliya, Slovakiya və İspaniya Rusiya qazı alır.

Qeyd edək ki, məsələ ABŞ Prezidenti Donald Trampın AB və NATO ölkələrinə Rusiyadan enerji idxalını tam dayandırmaları üçün artan təzyiqləri fonunda gündəmə gəlib./axar.az

Избранный
38
3
bakivaxti.az

4Источники