RU

İrandan BMT-nin yeni sanksiyalarına REAKSİYA

Tehran Aİ3-ün (Fransa, Almaniya və Böyük Britaniya) ölkəyə qarşı sanksiyaları bərpa etmək qərarını qanunsuz adlandırıb.

Busaat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi X sosial platformasında məlumat yayıb.

“Ölkəmizin xarici işlər naziri üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş sanksiyalarını bərpa etmək üçün atdığı addımı qanunsuz və əsassız hesab edib”, -deyə məlumatda qeyd olunub.

İran həmçinin bu addımı sanksiyaların bərpası mexanizmindən sui-istifadə adlandırıb və xəbərdarlıq edib ki, bu hərəkətin nəticələrinə görə məsuliyyət məhdudiyyətlərin bərpası prosesini başladan ölkələrin üzərinə düşür.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı məhdudiyyətlərin uzadılmaması və bununla da ölkəyə qarşı sanksiyaların bərpasına dair qətnamə layihəsini rədd etmişdi.

Yeganə

Избранный
39
busaat.az

1Источники