RU

ABŞ “Javelin” raketlərini 780 milyon dollara satacaq

ABŞ hakimiyyəti Polşaya 780 milyon dollara “Javelin” tank əleyhinə raketlərin satışını təsdiqləyib.

Busaat.az xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bildirib.

Agentlik qeyd edib ki, bu addım Avropada siyasi və iqtisadi sabitliyin hərəkətverici qüvvəsi olan NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini inkişaf etdirəcək.

ABŞ Dövlət Departamenti artıq müvafiq həcmdə “Javelin” satışını təsdiqləyib və DSCA ABŞ Konqresinə bildiriş göndərib, onun qərarı müqavilənin yekun təsdiqini müəyyən edəcək.

Yeganə

 

Избранный
43
busaat.az

1Источники