Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info