Şirvanda avtomobil piyadanı vuraraq öldürüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib. "VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта