RU

Bahalaşan taksi qiymətləri ilə bağlı araşdırma başladıVİDEO

Bakı aeroportunda taksi qiymətləri ilə bağlı araşdırma başlanılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi nəqliyyat növü ilə sərnişindaşımalar üzrə yeni qaydaların tətbiqi ilə bağlı təhlillər aparılır. Artıq bu məqsədlə bir sıra görüşlər keçirilib.

Agentliyin şöbə müdiri onu da bildirib ki, bu məqsədlə beynəlxalq təcrübədə tətbiq olunan normalar təhlil edilir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan taksi ilə sərnişindaşımaların həyata keçirilməsi ilə bağlı yeni qaydalar qəbul edilib. Hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Taksi seçimi kateqoriyasında məhdudiyyət tətbiq edilməsi isə Bakı Aeroportundan şəhər istiqamətində taksi qiymətlərinin xeyli artmasına səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
19
1
xezerxeber.az

2Источники