RU

Tramp Çinə səfər etmək niyyətini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp gələn ilin əvvəlində Çinə səfər etmək niyyətində olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

Ağ Ev rəhbəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığını son dərəcə məhsuldar adlandırıb.

"Biz ticarət, fentanil, Rusiya-Ukrayna müharibəsinə son qoyulması zərurəti və "TikTok" ilə bağlı razılaşmalar da daxil olmaqla, bir çox mühüm məsələlərdə irəliləyiş əldə etdik", - o yazıb.

Tramp həmçinin qeyd edib ki, o, Si Pinpinlə Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşmək və gələn ilin əvvəlində Çinə səfər etmək barədə razılığa gəlib. O əlavə edib ki, Çin Sədri də uyğun vaxtda ABŞ-yə səfərə gələcək.

Избранный
17
2
moderator.az

3Источники