RU

“İmişli” və “Zirə”dən qələbə – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 5-ci tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Karvan-Yevlax” “İmişli”ni qəbul edib. Ötən tur “Sumqayıt”a qalib gəlsə də, (1:0) texniki məğlubiyyətlə üzləşən “İmişli” 3:0 hesablı qələbə qazanıb. Hazırda turnir cədvəlində 7 xalla 5-ci, “Karvan” isə 4 xalla 9-cudur.

Digər oyunda isə “Zirə” öz meydanında “Şamaxı”nı məğlub edib – 2:1.

“Sumqayıt” 10 xalla lider, “Zİrə” isə 8 xalla 4-cüdür.

19 sentyabr

Misli Premyer Liqası, 5-ci tur

16:00. “Karvan” – “İmişli” 0:3

Qol: Dioqo Almeyda, 12, E.Banquera, 15, Azər Salahlı, 80

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

Şamaxı şəhər stadionu

18:30. “Zirə” – “Şamaxı” 2:1

Qollar: Karim Rossi, 25 (0:1), Junior Martins, 83 (1:1), 87 (2:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Müslüm Əliyev

Zirə İK

Избранный
37
8
idmanxeber.az

10Источники