RU

MPL: "İmişli" darmadağına sevindi, "Zirə"dən əzmkar qələbə

Bu gün Milsi Premyer Liqasında 5-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə 2 matç baş tutub.

Günün ilk oyununda Premyer Liqanın debütantları "Karvan-Yevlax" ilə "İmişli" üz-üzə gəliblər.Matç "İmişli"nin 30 hesablı qələbəsi ilə yekunlaşıb. 

Şamaxını bu həftə debütantların ixtiyarına buraxan eyniadlı komanda özü isə bu gün "Zirə"nin qonağı olub. Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə təmsilçisi məğlubiyyətsiz irəliləyən "qartallar"ı büdrətməyə çalışıb. Rəşad Sadıqovun komandası hesabda geriyə düşsə də geridönüş etməyi bacararaq qələbəni bayram ediblər.

Qeyd edək ki, turun iki oyunu şənbə (“Qəbələ” – “Kəpəz”, “Sabah” – “Turan Tovuz”), son iki görüşü isə bazar günü (“Araz-Naxçıvan” – “Qarabağ”, “Sumqayıt” – “Neftçi”) keçiriləcək.

Misli Premyer Liqası
5-ci tur
19 sentyabr

“Karvan-Yevlax” – “İmişli” 0:3

Qollar: Dioqo Almeyda, 12. Edvin Banquera, 15. Azər Salahlı, 80.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov, Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu.

Karvan-Yevlax: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 2. Şakil Sno, 12. Vitor Roşa, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 11. Kayl Spens, 37. Mois Nqvisani, 3. Said İranxan, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo. 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorje Kaşkilya.

“Zirə” – “Şamaxı” 2:1

Qol Karim Rossi, 25. - Junior Martins, 83, 87.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 26. Stefan Aka, 25. Enrike Kustodio, 30. Rikardo Martins, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev

“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu

Избранный
7
4
fanat.az

10Источники