RU

Vayndloo adası istiqamətindən Estoniyaya icazəsiz giriş

Estoniyanın Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Rusiyaya məxsus 3 “MiQ-31” qırıcısı Estoniya hava məkanını pozub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Interfaks” məlumat yayıb.

Eston hərbçilərinin bildirdiyinə görə, rus təyyarələri “icazəsiz” olaraq Vayndloo adası istiqamətindən Estoniya hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.

Bildirilib ki, təyyarələrin transponderləri söndürülmüş, Estoniya hava nəzarətçiləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.

Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, o, artıq Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkilini etiraz etmək və insidentlə bağlı nota təqdim etmək üçün çağırıb.

Избранный
46
nocomment.az

1Источники