Vaşinqton, 19 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyası Fələstin Dövlətinin 80-ci sessiyada iştirakı ilə bağlı qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, 145 ölkə qətnamənin leyhinə, 5 ölkə əleyhinə səs verib, 6 ölkə bitərəf qalıb.
Qətnaməyə əsasən, Fələstin lideri Mahmud Abbas gələn həftə keçiriləcək yüksək səviyyəli ümumi debatlar zamanı əvvəlcədən qeydə alınmış bəyanat vasitəsilə dünya liderlərinə müraciət edəcək.
Bu addım ABŞ-ın Fələstin lideri Mahmud Abbas və Fələstin Administrasiyasının yüksək rütbəli rəsmilərinə BMT-nin illik toplantısı üçün Nyu-Yorka səfər etmələri üçün viza verilməsini qadağan etmək və mövcud vizaları ləğv etməklə bağlı qərarından sonra atılıb.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, Avstraliya və Kanada kimi bir neçə ölkə BMT Baş Assambleyasının qarşıdan gələn iclasları zamanı Fələstin dövlətini rəsmən tanımaq planlarını elan ediblər.
Vaşinqton