RU

Rusiya bu ölkənin hava məkanını pozdu

Bu gün Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını pozub.

Milli.Az xəbər verir ki, bu haqda "Reuters" Aİ və NATO rəsmilərinə istinadən xəbər verir.

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilinin çağırıldığını açıqlayıb. Ona nota təqdim edilib və Tallinnin iddia etdiyi üç MiQ-31-in hücumu ilə bağlı etiraz edilib.

Estoniya XİN hadisənin Finlandiya körfəzi üzərində baş verdiyini və qırıcıların Estoniyanın hava məkanında 12 dəqiqə qaldığını bildirib.

Milli.Az

Избранный
18
3
milli.az

4Источники