RU

Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Rusiya

Rusiyanın üç “MiQ-31” təyyarəsi Estoniyanın hava məkanını 12 dəqiqə pozub.

Reyting.az
xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkilini sentyabrın 19-da Estoniyanın hava məkanının pozulması ilə bağlı etiraz etmək və nota vermək üçün çağırıb.

Sərhəd pozuntusu Finlandiya körfəzi üzərində baş verib, burada Rusiyanın üç “MiQ-31” qırıcısı Estoniyanın hava məkanına icazəsiz daxil olub və ümumilikdə 12 dəqiqə orada qalıb.

"Rusiya bu il artıq dörd dəfə Estoniyanın hava məkanını pozub, bu, qəbuledilməzdir. Amma üç qırıcı təyyarənin hava məkanımıza bugünkü müdaxiləsi misli görünməmiş həyasızlıqdır", - deyə Xarici işlər naziri bildirib.

E. KAMAL
Избранный
28
reyting.az

1Источники