RU

İran İsraillə Amerika Birləşmiş Ştatlarını qanunsuz fəaliyyətdə ittiham edir, onlar da İranı günah landırır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Ekvador prezidenti Daniel Noboa İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK), həmçinin HƏMAS və Hizbullahı terror təşkilatları kimi tanıyan fərman imzalayıb. Fərmanda Ekvador Milli Kəşfiyyat Mərkəzinin (CNI) Cənubi Amerikada bu təşkilatların mövcudluğu barədə xəbərdarlıq edən hesabatlarına istinad edilir. Həmçinin qeyd edilir ki, islamçı təşkilatların agentlərinin yerli cinayətkar qruplarla əlaqəsi var. Sənəddə qeyd edilir ki, bu üç təşkilat “ictimai təhlükəsizliyə və Ekvadorun suverenliyinə birbaşa təhdid yaradır”.

Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, İran dövlətinin dəstək göstərdiyi “Həmas” və “Hizbullah”-ın, o cümlədən də İranın idarə edilməsində xüsusi rola sahib olan “Sepah”-ın fəaliyyətinin bu şəkildə adlandırılması bir ilk deyil: “Ekvadorla yanaşı, digər dövlətlər də zaman-zaman bu mövqeyi səsləndiriblər. Fərqli mövqelərin şahidi ola bilərik. Biz bilirik ki, “Hizbullah” İranın proksi qüvvəsidir. Bu, açıq şəkildə bəyan olunur.

Eyni zamanda “Sepah” İranın ümumiyyətlə dövlətçiliyində və dövlətin idarə edilməsində xüsusi rola sahib olan bir təşkilatdır. Bunu İranın qəbul etməsi mümkün deyil. Düzdür, “Həmas”la bağlı fərqli fikirlər olur. Məsələn; “Həmas”ın tam şəkildə İranın nəzarəti altında fəaliyyəti iddia olunsa da, bir çox hallarda real görünmür. Amma  “Hizbulah”ı konkret olaraq belə adlandıra bilərik.

Qeyd etdiyim kimi, “Sepah” faktiki olaraq İran dövləti ərazisində fəaliyyət göstərən digər təşkilatlardan fərqli olaraq İranın özünün dövlətçiliyinin idarə edilməsində xüsusi rola sahib olan bir təşkilatdır. İran bunu qəbul etmir. Çünki İran bunu qəbul etsə, o zaman özünün dövlətçiliyində terrorun izlərini qəbul etmiş olur. Özünün idarə edilməsində terrorçuluğun fəaliyyətini qəbul etmiş olar. Onsuz da dünya dövlətləri bir-birini bunda açıq şəkildə ittiham edirlər. İranın İsrail və Amerika Birləşmiş Ştatlarını terrorda və yaxud digər fəaliyyətlərdə ittiham etdiyi kimi, onlar və Qərbdən olan bir çox dövlətlər də İranın fəaliyyətini, eyni zamanda İranın dəstək göstərdiyi proksi qüvvələrinin fəaliyyətini bu şəkildə qələmə verir”.

Xəyal Bəşirov

Xəyal Bəşirov qeyd edib ki, ötən əsrin ikinci yarısının sonlarından başlayaraq dünyada belə fəaliyyət bəlkə də milyonlarla insanın həyatına son qoyub.

“Həmin dövrlərdə Yaxın Şərqdə baş verən proseslərlə bağlı “Əl Qaidə”, “İŞİD” və müxtəlif adlarda adlandırılan terrorçu təşkilatların fəaliyyətinə dünya şahid oldu. Həm də terrorçu təşkilatlar çoxlu sayda insanların həyatına son qoydular. İnsanların qanının tökülməsinə səbəb oldular. Bu da təəssüflər olsun ki, bu gün də davam etməkdədir və ayrı-ayrı dövlətlər digər dövlətlərə təsir göstərmək, müxtəlif regionlarda öz siyasətlərini yürütmək üçün belə addımlar atırlar. Təbii ki, İranı da bu fəaliyyətini birmənalı şəkildə qəbul etmir.

Yaxın Şərqdə “Hizbullah” və bir çox hallarda “HƏMAS” vasitəsilə göstərdiyi fəaliyyəti terrorçu fəaliyyət kimi qəbul etmir. O cümlədən də, “Sepah”ın müxtəlif ərazilərdə göstərdiyi fəaliyyət, apardığı mübarizə ilə bağlı ittihamları qəbul etmir. Çünki bu fəaliyyət həmin dövlətlərin yürütdüyü siyasətlə birbaşa bağlıdır və bu fəaliyyətin qəbul edilməsi, bu ittihamların qəbul edilməsi dövlətin özünə qarşı olan ən ağır ittihamların qəbul edilməsidir. Ümumiyyətlə, İrana münasibətdə deyil, bütün dövlətlərlə münasibətdə terrorun aradan qaldırılması üçün ilk öncə terror təşkilatlarına dəstək aradan qaldırılmalıdır. Dövlətlər əgər bu prosesə dəstək olmasalar, təbii ki, terrorun kökünü kəsmək mümkün olmayacaq. Təəsüf olsun ki, bu proses davam edir və terrora, terrorçulara, terrorçu qruplaşmalara dəstək, maliyyə və silah yardımı davam etdiyi müddətcə nə İran bunu qəbul edəcək, nə də digər dövlətlər fəaliyyətlərini qəbul edəcəklər, nə də ki, terrora son qoymaq olacaq”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
icma.az

1Источники