ain.az bildirir, Idman.biz portalına istinadən.
UEFA rəsmi sosial media hesabında Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ümumi mərhələsinin ilk turunun ən yaxşı oyunçularından ibarət simvolik komandasını açıqlayıb.
İdman.biz bildirir ki, komandanın heyətinə "Qarabağ"ın oyunçusu Pedro Bikalyo da daxil edilib.
Komandanın heyəti belədir:
Qapıçı: Jeronimo Rulyi (Marsel).
Müdafiəçilər: Markos Lorente (“Atletiko Madrid”), Vircil van Deyk (“Liverpul”), Derrik Lukassen (“Pafos”), Yussufa Mioqqi (“Slaviya” Praqa).
Yarımmüdafiəçilər: Markus Reşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisko Trinçao (“Sportinq” Lissabon).
Hücumçular: Markus Türam (“İnter”), Harri Keyn (“Bavariya”).
Bu mərhələdə keçirdiyi oyunda "Qarabağ" klubu səfərdə "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. UEFA tərəfindən həmin görüşün ən yaxşı oyunçusu Pedro Bikalyo seçilib.
Hazırda Çempionlar Liqasının qalibi "Pari Sen-Jermen" komandasıdır.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.